Shark Logistics Azerbaycan

Multimodal malların daşınması

Multimodal malların daşınması

Multimodal malların daşınması ən azı iki növ nəqliyyat vasitəsi ilə həyata keçirilir (avtomobil yolu, dəniz yolu və s.). Multimodal daşımaçılıq, yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir. 🚛

Multimodal daşımalar zamanı bir sifarişin (yükün) bir neçə nəqliyyat vasitəsiylə daşınmasına baxmayaraq, bütün daşıma prosesi bir daşıyıcı şirkəti tərəfindən idarə olunur.📦

Bu daşınma növü, yükü təyinat nöqtəsinə çatdırmaq üçün birdən çox nəqliyyat vasitəsinin iştirakını özündə birləşdirir.  Yük maşınları, qatar, gəmi, təyyarə və ya digər bir nəqliyyat vasitəsi istifadə edərək malları son mənzilə çatdırmaq multimodal daşımaçılığın əsas prinsipidir. 📍

Bu daşınma növünü seçməmişdən öncə düzgün analiz mütləqdir. Bunun üçün isə bu işdə təcrübəsi olan logistika şirkətləri ilə əməkdaşlıq etmək mütləqdir. Shark Logistics sizə bu sahədəki ən yüksək xidməti göstərməyə hazırdır. http://sharklogistics.az